Ermənistan Avropa İttifaqının standartlarına uyğunlaşmağı prioritet vəzifə hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan polşalı həmkarı Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.
“Bu, bizim birinci dərəcəli vəzifəmizdir. Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanunla bağlı sizin qiymətləndirmələrinizi eşitmək vacibdir”, — deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, rəsmi İrəvan Avropa strukturları ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir və islahatların Aİ standartlarına uyğun aparılmasını hədəfləyir.
Sara