EN

"İnsanlar mənim deyəcəyim şeyləri qəribə hesab edəcəklər"

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot qapalı müdafiə ilə oynayan komandalara qarşı matçlar barədə fikirlərini bölüşüb.

90deqiqe.Az "Viaplay"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bildirib ki, belə oyunlarda taktiki düzülüşdən daha çox keçidlərin qarşısını almaq vacibdir:

“Deyəcəyim sözlər insanlara qəribə görünə bilər. Amma rəqib on futbolçu ilə cərimə meydançasında dərin müdafiə qurursa, hansı sxemlə oynamağının fərqi yoxdur – 4-4-2, 5-4-1 və ya 5-3-2. Əsas diqqət əks-hücumlara imkan verməməkdir”.

Hazırda “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Mersisayd təmsilçisi fevralın 28-də "Vest Ham"lə üz-üzə gələcək.

Chosen
14
90deqiqe.az

1Sources