ain.az bildirir, Mia.az portalına istinadən.
"Avropalılar ABŞ-ın nə edəcəyi barədə düşünməyi və narahatlığı buraxmalıdır. Avropa İttifaqı və ittifaqdan kənar ölkıələr öz mandatları və məsuliyyətləri çərçivəsində davranmalıdır. Onları buna çağırıram".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldəki NATO qərargahında Litva Baş naziri İnqa Ruginiyene ilə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib bildirib ki, NATO hava hücumundan müdafiəni daha da gücləndirmək üçün səyləri hər gün artırır: "Bu gün özümüzü müdafiə etmək iqtidarındayıq. Amma əmin olmaq istəyirik ki, 2, 4 və ya 6 ildən sonra yenə də NATO ərazisinin hər qarışını müdafiə edə biləcəyik. Buna görə də bu məsələ bizim üçün prioritetdir. Qaldı ABŞ-ın Avropadakı qüvvələrini azaltması ilə bağlı xəbərlərə Avropa, Arktika və Atlantikanın təhlükəsizliyini Amerikanın öz müdafiəsi üçün vacibdir. Biz indi bu istiqamətdə balanslaşdırmaya doğru irəliləyirik".
Samir MUSAYEV
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.