Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüşüb.
Â
Pravda.az xəbər verir ki, bu barədə İndoneziyanın Bakıdakı səfirliyi "Instagram" sosial şəbəkə hesabında məlumat yayıb.
Â
"Görüş zamanı tərəflər İndoneziya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını, əməkdaşlıq mexanizmlərinin infrastrukturunu, eləcə də gələcək əməkdaşlıq proqramları üzrə təklifləri müzakirə ediblər", - deyə səfirliyin paylaşımında vurğulanır.
Â

Tarix: 26 Fevral 2026, 20:48Â Â Â