EN

Apteklərdə yoxlamalara başlanıldı - Nöqsanlar varVİDEO

Aidiyyəti qurum tərəfindən apteklərdə aparılan yoxlamalar zamanı bir sıra qayda pozuntuları aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb. Yoxlamaların bir hissəsi plan üzrə, digər hissəsi isə daxil olan müraciətlər və ya zərurət əsasında həyata keçirilib.

Yoxlamaların məqsədi apteklərdə dərmanların satış qaydalarına əməl olunub-olunmamasını, eləcə də qanunvericiliyin tələblərinin icrasını yoxlamaq olub. Nəticədə bəzi apteklərdə nöqsanlar aşkar edilib və protokollar tərtib olunub.

Qanun pozuntuları əsasən, dərman satış qaydaları və apteklərin fəaliyyətinə dair tələblərlə bağlı olub.

O da qeyd olunub ki, bu cür yoxlamalar davamlı xarakter daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
11
xezerxeber.az

1Sources