EN

İsrail ordusu Livanda "Hizbullah"a zərbələr endirməyə başlayıb

İsrail ordusu Livanda "Hizbullah"a zərbələr endirməyə başlayıb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın "Hizbullah" təşkilatının "Radvan" xüsusi təyinatlı qüvvələrinə məxsus hərbi obyektlərə silsilə zərbələr endirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Bildirilir ki, hərbi əməliyyat Livanın Baalbek bölgəsində həyata keçirilir. İsrail tərəfi bu addımı "Hizbullah"ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq atdığını bəyan edib. Ordunun açıqlamasında zərbələrin birbaşa qruplaşmanın elit bölmələrinin infrastrukturuna yönəldiyi bildirilir.

Qeyd edək ki, "Radvan" bölməsi "Hizbullah"ın ən təlim keçmiş xüsusi təyinatlı qanadı hesab olunur və İsrail sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərir. Baalbek isə təşkilatın logistik mərkəzlərindən biri kimi tanınır.

Chosen
43
afn.az

1Sources