Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyada “Rassvet” partiyasının rəhbəri Yekaterina Duntsova saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Rassvet” partiyasından məlumat verilib.
Onun saxlanılmasının səbəbi açıqlanmayıb.
Y.Duntsova Tver vilayətində siyasi məhbuslarla bağlı keçirilən tədbirdə saxlanılıb.
25 noyabr 2024-cü ildə Rusiya Ədliyyə Nazirliyi Rassvet partiyasının dövlət qeydiyyatından rəsmən imtina edib.
Ədliyyə Nazirliyi Duntsovanı daha öncə Rusiyanın mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar yaymaqda, xüsusi hərbi əməliyyata qarşı çıxmaqda, Rusiyada arzuolunmaz ictimai hərəkatla əməkdaşlıq etməkdə və “xarici agent layihələrində” iştirak etməkdə ittiham olunub./teleqraf
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.