EN

Uitkoff və Kuşner İranla danışıqların yeni raundundan məyus olublar » AzadMedia.az


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı sahibkar Cared Kuşner İranla aparılan səhərki danışıqlardan narazı qalıblar. Bu barədə Axios portalının jurnalisti Barak Ravid özünün "X" sosial şəbəkə hesabında mənbəyə istinadən məlumat verib.
"Kuşner və Uitkoff səhərki görüşdə iranlılardan eşitdiklərinə görə məyus olublar", — deyə jurnalist qeyd edib.
Ravid fikir ayrılıqlarının təfərrüatlarını dəqiqləşdirməyib.

26 fevralda İsveçrənin Cenevrə şəhərində Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı danışıqların üçüncü raundu başlayıb.
Nümayəndə heyətlərinin öz ölkələrinin rəhbərliyi ilə məsləhətləşmələr aparması üçün görüşə ara verilib.
Elə həmin gün axşam saatlarında danışıqlar Oman Xarici İşlər Nazirinin Cenevrədəki iqamətgahında yenidən davam etdirilib.

Fevralın 22-də İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran və Vaşinqton arasındakı nüvə razılaşması "proqramın dinc xarakterini" təsdiq edən daha sadə bir sənədə çevrilməlidir. Bunun müqabilində isə sanksiyalar ləğv edilməlidir.
Nazirin sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) imzalanmasından artıq 10 il keçib və bu müddət ərzində İslam Respublikasının nüvə proqramı xeyli irəliləyib.
Chosen
42
1
azadmedia.az

2Sources