İran Xəzər dənizi üzərində pilotsuz təyyarə təlimlərinə başlayıb. Ölkə hakimiyyəti NOTAM yayımlayaraq, Azərbaycanla sərhəd yaxınlığında Xəzər dənizi üzərindəki hava məkanının bağlandığını elan edib.
Editor.az xəbər verir ki, “flightradar24”-ün məlumatına görə, manevrlər 3300 metrə qədər yüksəklikdə keçiriləcək. Pilotsuz təyyarə təlimləri son həftələrdə İran ətrafında gərginliyin artması və ABŞ-ın İrana qarşı mümkün hücum üçün genişmiqyaslı hazırlıqları ilə əlaqədardır. İran əvvəllər Rusiya və Çinlə birlikdə Hörmüz boğazında hərbi təlimlər keçirib.
//Samir Qurbanov, Editor.az