ABŞ-də yerləşən Nvidia şirkətinin gəliri bu rübdə 68,1 milyard dollara çatıb. Metbuat.az xəbər verir ki, bu əvvəlki dövrlərlə müqayisədə 73% artım deməkdir. Məlumata görə, şirkətin gəliri bazar gözləntilərini aşıb. Bildirilir ki, bundan əvvəlki rübdə Nvidia şirkəti 39,3 milyard dollar qazanıb. Əvvəlki dövrlə müqayisədə şirkətin gəliri 20% artıb. Bazar gözləntiləri Nvidia şirkətinin bu dövrdəki gəlirinin 65,56 milyard dollar olacağı idi. Qeyd edək ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar olaraq qeydə alınıb.