EN

Həyətində kabab bişirdi, qonşusu şikayət etdi – Cərimə olundu

Bakıda həyətində kabab bişirən şəxs qonşu tərəfindən şikayət olunduğu üçün cərimələnib. 
NOCOMMENT.az xəbər verir ki, 1990-ci il təvəllüdlü R.T. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xulqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən həyətində manqal yandırıb. Manqalın tüstüsü qonşusu X.N.-nı narahat etdiyi üçün aralarında mübahisə yaranıb. Bu zaman ona qarşı təhqiramiz ifadələr işlədib. Təqsirləndirilən şəxs aralarında anlaşılmazlıq yarandığını və əməlindən peşman olduğunu bildirib. 
X.N.-nın şikayəti əsasında R.T. saxlanılıb. Məhkəmənin hökmü ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. Həmin şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb. /Qaynarinfo/
Chosen
11
1
nocomment.az

2Sources