EN

Kafedə partlayış olub, ölən və çoxlu sayda yaralı var



Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərindəki kafedə qaz partlayışı və yanğın baş verib.

Newscenter.az TASS-a istinadə bildirir ki, ilkin məlumatlara görə, təxminən 20 nəfər yaralanıb, altı nəfər ölüb. Bu barədə regional fövqəladə hallar departamentinin mətbuat xidməti də məlumat verib.

"Burabay rayonunun Şuçinsk şəhərində beşmərtəbəli yaşayış binasına bitişik birmərtəbəli kafedə qaz-hava partlayışı baş verib və ardınca yanğın olub. Yanğınsöndürənlər yanan binadan səkkiz qaz balonu çıxarıb və 10-dan çox insanı xilas ediblər. İlkin məlumatlara görə, hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb, altı nəfər ölüb", - deyə açıqlamada bildirilir.

Anar
Chosen
27
1
newscenter.az

2Sources