EN

Danimarkada erkən parlament seçkilərinin tarixi açıqlandı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Danimarka parlamenti erkən seçkilərə gedir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mette Frederiksen bildirib. O, ABŞ-ın Qrenlandiyanı ələ keçirmək cəhdlərinə qarşı mövqeyi gücləndirməyi hədəfləyən seçkilərin martın 24-də keçiriləcəyini açıqlayıb.

“Bu, həlledici seçki olacaq. Çünki qarşıdakı dörd ildə biz danimarkalılar və avropalılar həqiqətən öz ayaqlarımız üzərində dayanmalı olacağıq. ABŞ ilə münasibətlərimizi müəyyənləşdirməli və qitəmizdə sülhü təmin etmək üçün silahlanmalıyıq. Biz Avropada birləşməli və Danimarka, Qrenlandiya və Danimarka Krallığının gələcəyini təmin etməliyik”, - deyə Mette Frederiksen vurğulayıb.

Qeyd edək ki, 179 yerdən 175-i Danimarkanı təmsil edən parlament üzvlərinə, 2-si isə Qrenlandiya və Farer adalarının iki yarı muxtar bölgəsinə ayrılıb. Ümumi seçkilər ən azı dörd ildən bir keçirilir, lakin Baş nazir istənilən vaxt seçki təyin etmək hüququna malikdir. Danimarkada son seçki 2022-ci il noyabrın 1-də keçirilib və nəticədə üç partiyalı koalisiya hökuməti yaradılıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
525.az

1Sources