EN

Afrika ölkəsindən bir ilk: Rusiyadan Su 57 qırıcı təyyarəsi aldı Bölgədə tarazılıq dəyişdi

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Afrika ölkəsi Əlcəzair Rusiya ilə ictimaiyyətə açıqlanmayan saziş əsasında yeni nəsil Su-57 qırıcları alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bölgədə hərbi tarazılığı pozan addım kimi xarakterizə olunan bu anlaşma çərçivəsində Rusiya Əlcəzairə satacağı 12 qırıcıdan 2-ni ötən 2 ay əvvəl - ötən ilin dekabrında təhvil verib: "Bu il isə daha 6 Su-57 təyyarəsi Əlcəzairə tədarük olunacaq. 2028-dək isə daha 4 qırıcı təhvil veriləcək. Bununla da Əlcəzair Afrikada bu yeni nəsil qırıcısına sahib olan ilk ölkə ünvanına sahiblənib. Eyni zamanda, bölgədə güc tarazlığını xeyrinə dəyişib"

Məlumatda anlaşmanın maliyyə dəyəri açıqlanayıb. Lakin Moskva ilə anlaşmanın 2024-də gizli, yəni, ictimaiyyətə açqılanmadan imzalandığı deyilir.

Xatırladaq ki, "Su-57E Felon" qırıcıları radar tutmayan, uzun mənzilli sursat tutumu sayəsində Rusiyanın ən qabaqcıl döyüş təyyarəsi tanınır.

Firudin Səfərli

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
mia.az

1Sources