EN

İran XİN başçısı: ABŞ ilə danışıqlar uğurlu nəticələr verib

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə aparılan danışıqların üçüncü raundunun uğurlu nəticələr verdiyini bəyan edib.

Oxu.Az bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, cümə axşamı ABŞ ilə keçirilən görüşlər nüvə mövzusu və sanksiyaların ləğvi məsələsində mühüm irəliləyişlərlə nəticələnib.

"Bu, ən ciddi və ən uzun danışıqlar idi", - deyə nazir vurğulayıb.

Əraqçı qeyd edib ki, tərəflər arasında fikir ayrılıqları hələ də qalır, lakin İran və ABŞ bir sıra istiqamətlər üzrə qarşılıqlı anlaşmaya yaxınlaşıblar.

Onun sözlərinə görə, növbəti mərhələdə Tehranda və Vaşinqtonda məsləhətləşmələr planlaşdırılıb. Bundan sonra gələn həftə danışıqların dördüncü raundunun keçirilməsi gözlənilir.

Nazir həmçinin təsdiqləyib ki, bazar ertəsi ABŞ və İranın texniki qrupları arasında ayrıca görüş keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
oxu.az

1Sources