EN

Fransa Rusiyanın 35 saytına və telekanalına girişi bloklayacaq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın Audiovizual və Rəqəmsal Kommunikasiyaların Tənzimlənməsi İdarəsi (ARCOM) Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq Rusiya KİV-ə məxsus 35 veb-sayta, eləcə də striminq platformaları vasitəsilə yayımlanan televiziya və radio kanallarına çıxışın bloklanması barədə qərar qəbul etdiyini açıqlayıb.

Oxu.Az bu barədə "Le Figaro" nəşrinə istinadən xəbər verir.

ARCOM həmçinin sanksiyaya məruz qalmış Rusiya televiziya və radio xidmətlərinə çıxış imkanı verən dörd striminq platformasına aid səhifələrin bloklanması üçün axtarış sistemlərinə müraciət edib.

Qeyd olunur ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsindən sonra Fransanın peyk operatoru "Eutelsat" "NTV-Mir", "Rossiya 1", "Pervıy kanal" kanallarının yayımını dayandırıb.

2022-ci ilin martında ARCOM həmçinin Rusiyanın RT mediasının fransızdilli versiyası olan "RT France" kanalının yayımını da dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
oxu.az

1Sources