EN

Şamaxıda qadın qətlə yetirilib, ögey oğlu şübhəli şəxs qismində saxlanılıb

Şamaxıda yerli sakin, 47 yaşlı Könül Eminova kəsici alətlə qətlə yetirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, ağır xəsarətlər alan K.Eminova təcili tibbi yardım maşınının köməyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ona xəsarət yetirməkdə öğey oğlu, 17 yaşlı M.Babayev şübhəli bilinir.

Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə M.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
14
1
far.az

2Sources