EN

Meksika və ABŞ maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsi barədə razılığa gəlib

BAKI, 27 fevral. TELEQRAF

Meksika və ABŞ hökumətləri maliyyə kəşfiyyatı məlumatlarının qarşılıqlı mübadiləsini nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Teleqraf xəbər verir ki, Meksikanın Maliyyə və Dövlət Krediti Nazirliyinin açıqlamasına görə, qurumun nəzdində fəaliyyət göstərən Maliyyə Kəşfiyyatı Bölməsi ilə ABŞ Vergi Xidmətinin Cinayət Araşdırmaları Departamenti fevralın 19-da qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Sənəd iki qurum arasında maliyyə kəşfiyyatı məlumatlarının mübadiləsi üçün əməkdaşlıq çərçivəsinin müəyyən edilməsini nəzərdə tutur. Qeyd olunub ki, razılaşma hüquqi baxımdan məcburi öhdəlik və ya hüquqlar yaratmır.

Bildirilib ki, əsas məqsəd transmilli cinayətkarlıqla, xüsusilə qanunsuz silah dövriyyəsi ilə əlaqəli maliyyə axınlarının aşkarlanması və təhlili istiqamətində institusional imkanların gücləndirilməsidir.

Chosen
55
teleqraf.com

1Sources