EN

Mütəxəssis rəyi: Qan təzyiqi qəfil yüksəldikdə atılmalı olan ilk addımlar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Əgər arterial təzyiqiniz qəfildən yüksələrsə, otağı havalandırın, paltarlarınızın yaxasını və ya düymələrini açın, bir qədər su için və düzgün mövqe tutun - oturun və ya uzanın. Bu addımlar dərman qəbul etmədən qan təzyiqinin qısa müddətdə sabitləşməsinə kömək edə bilər. Lakin təzyiq enməzsə, həkiminizin təyin etdiyi dərmanları qəbul etməli və tibbi yardım almalısınız".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı kardioloq və lipidoloq Valentina Baydina deyib.

Mütəxəssis bildirib ki, həkim tərəfindən tövsiyə olunan müalicə olmadan qan təzyiqini özbaşına aşağı salmağa çalışmaq insult və infarkt da daxil olmaqla ciddi fəsadlara səbəb ola bilər.

"Təhlükəli vəziyyətin əlamətlərinə güclü baş ağrısı, ürəkbulanma, qusma, ətraflarda və üzün müəyyən hissələrində uyuşma, həmçinin nitq pozğunluğu daxildir", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, hipertoniya fonunda qan təzyiqinin kəskin yüksəlməsi çox vaxt bir neçə amilin birgə təsiri nəticəsində baş verir. "Bunlara stres, hava şəraitinin qəfil dəyişməsi, xroniki yuxu çatışmazlığı, uzunmüddətli uçuşlar və hormonal dalğalanmalar daxildir", - deyə Baydina vurğulayıb.

Onun sözlərinə görə, bəzi hallarda təzyiq iltihabi proseslər və yoluxucu xəstəliklər - qrip, COVID-19 və digər kəskin respirator virus infeksiyaları fonunda da arta bilər.

Mütəxəssis əlavə edib ki, uzunmüddətli perspektivdə hipertoniyanın profilaktikası dərman terapiyası ilə yanaşı, həyat tərzinin korreksiyasını da əhatə etməlidir. Arterial təzyiq göstəriciləri normal olduğu və əks-göstərişlər olmadığı halda orta fiziki aktivlik, açıq havada gəzintilər, artıq çəkidən azad olma, siqaret və spirtli içkilərdən imtina mühüm rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
oxu.az

2Sources