EN

Rusiyada 9 futbol hakiminə cinayət işi açıldı

style='margin-bottom:10px;'>

Rusiyada doqquz futbol hakimi barəsində cinayət işi açılıb.

QOL.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin İstintaq Departamenti Premyer Liqa və Birinci liqa oyunlarının nəticələrinə təsir göstərmək müqabilində qanunsuz mükafat alma faktları ilə bağlı araşdırma aparır.

Mənbənin məlumatına görə, Rusiya Premyer Liqasının hakimləri Yeqor Yeqorov, İvan Sarayev və Vladislav Selovalnikov, həmçinin Birinci liqa referiləri Yuri Karpov, Maksim Peryezva, German Kovalenko, Kirill Silantyev və Oleq Sokolov barəsində Cinayət Məcəlləsinin 184-cü maddəsinin 4-cü hissəsi (rəsmi idman yarışının nəticəsinə qanunsuz təsir göstərmə) üzrə ittiham irəli sürülüb. İş üzrə fiqurantlardan biri də Birinci liqanın sabiq hakimi İqor Zaxarovdur. Təqsirləri sübuta yetirilərsə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

“RBK”nın yazdığına görə, Rusiya Futbol İttifaqı 2025/26 mövsümü üçün Premyer Liqa və Birinci liqa hakimlərinin siyahısına düzəliş edəcək və istintaq altında olan bu referiləri siyahıdan çıxaracaq.

Chosen
16
2
teleqraf.com

3Sources