EN

Vens: İranla müharibə illərlə davam etməyəcək

İrana mümkün hərbi zərbə regionda uzunmüddətli münaqişəyə səbəb olmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) bildirib.

ABŞ rəsmisi son zamanlar gündəmdə olan İrana qarşı mümkün hərbi əməliyyatların nəticələrini şərh edib.

Vensin sözlərinə görə, Birləşmiş Ştatların İrana endirə biləcəyi mümkün zərbə Yaxın Şərq regionunda illərlə davam edəcək genişmiqyaslı bir münaqişəyə gətirib çıxarmayacaq.

Vitse-prezident bu bəyanatı ilə Vaşinqtonun potensial hərbi müdaxilənin miqyası və təsirləri ilə bağlı mövqeyini ifadə edib.

Qeyd edək ki, bu açıqlama ABŞ və İran arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında gərginliyin pik həddə çatdığı bir vaxtda verilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
22
interpress.az

1Sources