EN

Rusiya Ermənistanın səhvini bağışlamayacaq

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiyanın Ermənistanda seçkiqabağı gərginliyi artırmağa cəhd etməsi fonunda İrəvan da Moskvanı qıcıqlandırmağa yönəlik fəaliyyətlərini davam etdirir. Bu gün Ermənistanla Polşa arasında hərbi texniki əməkdaşlıq haqqında sazişin imzalanması belə deməyə əsas verir. Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan bir ölkənin, yəni Ermənistanın NATO üzvü olan Polşa ilə hərbi müqavilə bağlaması açıq-aşkar Rusiyaya meydan oxumaqdır".Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı Ermənistanla Polşa arasında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında sazişi şərh edərkən səsləndirib. O bildirib ki, Ermənistan KTMT-nin işində fəal iştirak etməsə də, lakin bütün halda təşkilatın sıralarındadır və İrəvanın NATO üzvü olan bir ölkə ilə saziş imzalaması Rusiya üçün bağışlanmaz səhvdir:"Düşünürəm ki, Rusiya Ermənistanın səhvini bağışlamayacaq və seçkilər yaxınlaşdıqca bu ölkədə mövcud hakimiyyətə qarşı təxribatları daha da artıracaq".Arzuman Muradlının sözlərinə görə, Ermənistan açıq-aşkar Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya yolunu tutub:"Heç şübhəsiz ki, bu da Kremlin maraqlarına cavab vermir və Rusiya Cənubi Qafqazdakı son qalasını itirmək istəmir. Ona görə də Moskva ciddi cəhdlə Ermənistanı əlində saxlamaq istəyəcək".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
newscenter.az

2Sources