EN

Nikah dövründə alınan mənzil boşanmadan sonra mübahisə mövzusu oldu - VİDEO

Vətəndaş Rəşad Mikayılov Baku TV-yə müraciət edərək iddia edib ki, Günel Məmmədli ilə nikahda olduqları dövrdə çoxmərtəbəli binadan mənzil alıb və həmin evi təmir etdiriblər. Lakin boşanmadan sonra təmirə çəkilən xərclərin düzgün qiymətləndirilmədiyini və ondan daha artıq məbləğ tələb olunduğunu bildirib.
 
Şikayətçi Rəşad Mikayılov məsələni belə izah edib:
 
"2023-cü ilin avqust ayında MTK ilə daxili müqavilə əsasında mənzil aldım. İlkin ödəniş 15 min manat idi. Razılaşdıq ki, əvvəlcədən 5 min manat ödəyim, evi təmir etdirim. Mənzilə köçəndən sonra isə qalan 10 min manatı verim və daha sonra aylıq ödənişləri davam etdirim. Ailə problemləri yaranandan sonra qarşı tərəf həm mənzilin təmir xərclərini, həm də ev üçün etdiyim ödənişləri - ilkin və aylıq ödənişləri mənim üzərimə qoydu. Təxminən 25 min manat mənzilin daxili kredit ödənişləri idi, ilkin ödəniş də daxil olmaqla".
 
Şikayətçinin keçmiş həyat yoldaşı Günel Məmmədli isə məsələ ilə bağlı bunları deyib:
 
"Rəşad Mikayılova çatdırın ki, bundan sonra bu cür mövzularla məni narahat edərsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm".
Chosen
20
1
moderator.az

3Sources