EN

Zaxarova: “Moskva və Bakı AZAL təyyarəsi barədə bütün məsələləri həll etmək niyyətindədir”

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Biz əldə edilən bütün razılaşmaları həyata keçirmək üçün ardıcıl olaraq çalışırıq"

“Moskva və Bakı AZAL təyyarəsi ilə bağlı bütün məsələləri həll etmək niyyətindədir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya və Azərbaycan liderləri ötən il oktyabrın 9-da Düşənbədə keçirilən görüşdə təyyarə qəzasını ətraflı müzakirə ediblər. Rusiya tərəfi ətraflı izahatlar verib və biz əldə edilən bütün razılaşmaları həyata keçirmək üçün ardıcıl olaraq çalışırıq", - deyə diplomat qeyd edib.

O Moskvanın hadisə ilə bağlı işinin təfərrüatları barədə daim Azərbaycan tərəfini məlumatlandırdığını bildirib.

 Xatırladaq ki, 2025-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Onların danışıqlarının əsas mövzularından biri AZAL təyyarəsinin qəzaya uğraması olub. Siyasətçilər hadisənin necə baş verdiyini və kimin günahkar olduğunu ətraflı müzakirə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
ayna.az

1Sources