EN

UEFA Avropa Liqası: "Fənərbağça" turnirlə vidalaşdı, "Selta" növbəti mərhələdə

UEFA Avropa Liqasının pley-off mərhələsinin son oyunları keçirilib.

Moderator.az xÉ™bÉ™r verir ki, pley-off mÉ™rhÉ™lÉ™sinin cavab görüşlÉ™ri çərçivÉ™sindÉ™ sÉ™kkiz oyun baÅŸ tutub.

Gecənin maraqla gözlənilən qarşılaşması "Nottingem Forest" (İngiltərə) və "Fənərbağça" (Türkiyə) klubları arasında keçirilib. İstanbul təmsilçisi rəqibini məğlub edib - 1:2. İlk matçda qonaqlar səfərdə 0:3 hesabı ilə qalib gəldiklərinə görə, ingilis klubu iki görüşün yekununda (4:2) adını 1/8 final mərhələsinə yazdırıb.

"Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan) qarşılaşmasında ev sahibləri minimal hesablı qələbəyə seviniblər - 1:0. Tərəflər arasında ilk görüş ispanların 2:1 hesablı qalibiyyəti ilə başa çatdığından "Selta Viqo" adını növbəti mərhələyə yazdırıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 2:0 (ilk oyun 1:2);

"Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)- 1:1 (penaltilərdə 3:4) (2:2).

"Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 0:2 (əlavə vaxtda) (1:0);

"Åžtutqart" (Almaniya) - "Seltik" (Åžotlandiya) - 0:1 (4:1).

"Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 1:0 (1:0);

"Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya) 3:3 (3:1);

Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqə qazanıb.

Chosen
4
moderator.az

1Sources