EN

500 manatlıq cərimənin artırılması təklif edilir

Bakı. Trend:

Ombudsmanın qanuni fəaliyyətinə mane olmaya görə cərimələrinartırılması təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əsasən, İnsan hüquqları üzrəmüvəkkilin (Ombudsmanın), Milli preventiv qrupun və müstəqilmonitorinq qruplarının qanuni fəaliyyətini məhdudlaşdırma və yafəaliyyətinə müdaxilə etməyə görə 350 manatdan 500 manatadəkməbləğdə cərimə edilir.

Məruzədə yuxarıdakı sanksiyanın Ombudsmanın insan hüquqlarınınmüdafiəsi üzrə ali konstitusion mandatının əhəmiyyətini tam ehtivaetmədiyini, çəkindirici və qabaqlayıcı təsir baxımından effektivolmadığını, habelə digər inzibati xətalar üzrə tətbiq olunansanksiyalarla müqayisədə qeyri-proporsional olduğunu nəzərə alaraqcərimə məbləğinin artırılması təklif edilir.

Chosen
15
az.trend.az

1Sources