EN

Pensiyalardan artıq ödənişlərin tutulma müddətinin 3 ildən 1 ilə endirilməsi təklif olunur

BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda pensiyalardan artıq ödənişlərin tutulma müddətinin 3 ildən 1 ilə endirilməsi və çoxuşaqlı ailələrin özünüməşğulluq proqramında üstünlük qazanması təklif olunur.

Teleqraf xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklifə əsasən, pensiya məbləğləri artırılarkən bütün növ pensiyaların mütənasib şəkildə artırılması təmin edilməlidir.

Ən mühüm məqamlardan biri isə, texniki səhvlər nəticəsində vətəndaşa artıq ödənilmiş pensiya məbləğlərinin geri tutulması ilə bağlıdır.

Vətəndaşın təqsiri olmadığı hallarda bu tutulmaların müddəti hazırkı 3 ildən 1 ilə endirilməlidir.

Dövlət qulluğunda 35 il stajı olanların güzəştli pensiya hüququna malik şəxslər siyahısına salınmasını, pensiya yaşına az qalmış işsizlərin özünüməşğulluğa cəlb edilməsi üçün müddətin 5 ilə qaldırılmasını və himayəsində 3 və daha çox uşağı olan ailələrin bu proqramda nəzərə alınması təklif edilib.

Chosen
24
teleqraf.com

1Sources