EN

Öhdəsində əlil uşaq olan işçilərə qısaldılmış iş vaxtı tətbiq edilə bilər

Bakı. Trend:

Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının81-100 faiz pozulması səbəbindən əlilliyi müəyyən edilmiş ailə üzvüolan işçilərə qısaldılmış iş vaxtının tətbiqi təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftəərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadəkişçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görəəlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə vəyaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşınaböyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Ombudsmanın məruzəsində ağır şəkərli diabet və ya dağınıqskleroz xəstəliklərindən əziyyət çəkən, habelə öhdəsində əlilliyiolan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasısəbəbindən əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərəmünasibətdə qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı ƏməkMəcəlləsinin yuxarıdakı hissəsinə müvafiq dəyişikliklərin edilməsitəklif edilir.

Chosen
9
4
az.trend.az

5Sources