EN

Əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsi qaydasında dəyişiklik edilə bilər

Bakı. Trend:

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin verilməsi qaydasında dəyişiklik təklifedilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin eynixəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son12 ay müddətində fasilələrlə ümumilikdə6 aydan çox ambulator və ya stasionar müalicədəolmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpaolunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəliiştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyatpozuntularının olması göndəriş verilməsi üçün əsas şərtsayılır.

Ombudsmana ünvanlanan şikayətlər üzrə aparılan təhlillərinnəticələrinə əsasən, yuxarıda nəzərdə tutulan müddətlərə müvafiqdəyişikliklər edilməklə azaldılması və aşağıdakı məzmunda verilməsitəklif edilir:

  • şəxsin eyni xəstəliklə son 3 ay müddətindəfasiləsiz və ya son 6 ay müddətində fasilələrləümumilikdə 3 aydan çox ambulator və ya stasionarmüalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarınınbərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəliiştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyatpozuntularının olması göndəriş verilməsi üçün əsas şərtsayılır.

Bununla yanaşı, əlillik vəziyyətinin qiymətləndirilməsiməqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmişgöndərişlərin bir çox hallarda “natamam” hesab edilməsininqiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatınınmüəyyən müddət gecikməsinə, habelə vətəndaşların təkrar müraciətetmək məcburiyyətində qalmalarına səbəb olduğunu, nəticə etibariləhüquqların operativ və effektiv təmin olunmasına maneələryaratdığını nəzərə alaraq, əlilliyin qiymətləndirilməsi prosesindəiştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimadprinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirməprosedurlarının sadələşdirilməsi də təkliflər arasındadır.

Chosen
7
az.trend.az

1Sources