EN

Ombudsman öz Aparatına əlavə maliyyə dəstəyinin verilməsini təklif edir

Bakı. Trend:

Ombudsman Aparatının kadr və maddi bazasının gücləndirilməsi,müasir texnologiyaların tətbiqi üçün əlavə maliyyə dəstəyininverilməsi təklif edilir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsininbugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin(Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, Ombudsmana BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarıhaqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının həyatakeçirilməsi, habelə bərabərlik hüququnun təmin edilməsinin vəayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrəmüstəqil monitorinq mexanizmi funksiyasının verilməsini, həmçinindövrün yeni çağırışlarını nəzərə alaraq, Ombudsman Aparatının kadrvə maddi bazasının gücləndirilməsi, müasir texnologiyaların tətbiqiüçün əlavə maliyyə dəstəyinin verilməsi təklif edilir.

Həmçinin, rəqəmsallaşma proseslərinin sürətlə inkişafı vəelektron informasiya resurslarına artan tələbat nəzərə alınaraq,Ombudsman Aparatında illər ərzində formalaşmış insan hüquqlarıkitabxanasının hər bir şəxs üçün əlçatanlığının səmərəli təşkili,bununla da insan hüquqları sahəsində resurslara bərabər və operativçıxış imkanlarının genişləndirilməsi, xüsusilə regionlarda yaşayanvətəndaşlar, eləcə də distant qaydada araşdırma aparanistifadəçilər üçün bu məlumatlardan effektiv istifadə imkanlarınınyaradılması məqsədilə Ombudsman Aparatında insan hüquqları üzrəelektron kitabxananın təşkili üçün müvafiq maliyyə dəstəyiningöstərilməsi məqbul sayılır.

Chosen
8
az.trend.az

1Sources