EN

Sosial şəbəkələrdə qanunsuz psixoloji seans keçənlərə qarşı mexanizm hazırlanır

BAKI, 27 fevral. TELEQRAF

Psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslərin internet vasitəsilə məsləhət xidmətləri göstərməsinin qarşısı alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib.

Məlumata görə, aparılan monitorinqlər sosial şəbəkələrdə ixtisası olmayan şəxslərin psixoloji seanslar təşkil etdiyini üzə çıxarıb. Bu halların qarşısının alınması üçün xüsusi mexanizmlərin işlənilməsi təklif olunur.

Bundan başqa, səhiyyə sahəsində onkoloji xəstələrin dərman təminatının yaxşılaşdırılması məsələsi də qaldırılıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"nın müasir tələblərə uyğun yenidən işlənilməsi və dərman spektrinin genişləndirilməsi tələb olunur.

Chosen
16
teleqraf.com

1Sources