Həkim Maykl Breus bildirib ki, cəmi 21 gün ərzində üç sadə vərdiş sayəsində fiziki və psixi sağlamlığı yaxşılaşdırmaq mümkündür.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "20minutos" nəşrinə danışıb.
Breusun sözlərinə görə, keyfiyyətli yuxu, kifayət qədər su qəbulu və düzgün nəfəsalma arıqlamağa kömək edir, iltihabı azaldır, immun sisteminin fəaliyyətini yaxşılaşdırır və enerji səviyyəsini artırır. Bundan əlavə, bu vərdişlər ümumi sağlamlığa bir çox başqa müsbət təsir göstərir.
Həkim vurğulayıb ki, sağlam olmaq hər zaman bahalı və çətin proses deyil. Onun sözlərinə görə, özünü daha yaxşı hiss etmək üçün bəzən həyat tərzində kiçik dəyişikliklər etmək kifayətdir.
Aytəkin TOFİQQIZI