EN

Qaibə limiti səbəbilə “kəsilən” tələbələrə güzəşt TƏKLİFİ

Təhsil müəssisələrində xəstəlik səbəbindən fənn saatlarının 25 faizindən çoxunda iştirak edə bilməyən tələbələrin tibbi arayışa əsasən imtahanlara buraxılması təklif edilir.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2025-ci il tarixli Qərarında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələrin təhsil hüquqlarının təmin edilməsi üçün müvafiq qaydaların təkmilləşdirilməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Ombudsmanın məruzəsində Konstitusiya Məhkəməsinin Qərarından irəli gələrək ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) ilə əlaqədar fənn üzrə auditoriya saatlarının 25 faizindən çoxunda iştirak edə bilmədiyi hallarda müvafiq tibbi arayışa əsasən həmin tələbələrin imtahanlara buraxılmasının təmin edilməsi məqsədilə müvafiq qaydalara dəyişikliklərin edilməsi təklif edilir./Trend.Az

Milli.Az

Chosen
19
4
milli.az

5Sources