EN

Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu elan edib

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

A.Akopyan bildirib ki, daha əvvəl sosial şəbəkələrdə yayılan vətəndaş nikahının başa çatması haqqında məlumat məhz onların birgə həyatının bitməsini nəzərdə tuturdu.

Onun sözlərinə görə, bundan sonra o, kirayə mənzildə yaşayacaq, çünki onun aldığı mənzil hələ tikinti prosesindədir. Yaşayış xərclərinə gəlincə, onun hesabında 5 milyon dram (13,3 min dollar - red.) qalır.

A.Akopyan vurğulayıb ki, "Mənim addımım" fondunda işini davam etdirmək istərdi.

Chosen
5
1
far.az

2Sources