Mətbuat.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Çempionlar Liqasında 8 matça çıxan qaradərili ulduz rəqib qapılarından 7 qol keçirməyi bacarıb.Hazırda o, Çempionlar Liqasında ən çox qol vuran oyunçuların siyahısında Halandla birlikdə dördüncü sırada qərarlaşıb. Osimen forma geyindiyi 8 matçın döşündə "ən yaxşı oyunçu" tituluna layiq görülüb.
Qeyd edək ki, 26 yaşlı Viktor Osimen bu uğurları ilə adını həm də "Qalatasaray"ın tarixinə yazdırıb. Nigeriyalı ulduz hazırda sarı-qırmızılı forma ilə Çempionlar Liqasında ən çox qol vuran futbolçudur.