EN

Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu elan edib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyan ilə münasibətlərinə son qoyduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, Ermənistan KİV-ləri yazır ki, A.Akopyan sosial şəbəkələrdə yayılan və vətəndaş nikahının başa çatması barədə deyilənlərin məhz onların birgə ailə həyatının bitməsi anlamına gəldiyini təsdiqləyib.

Onun sözlərinə görə, bundan sonra kirayə mənzildə yaşayacaq. Bildirib ki, aldığı mənzil hazırda tikinti mərhələsindədir. Yaşayış xərcləri üçün isə hesabında 5 milyon dram (təxminən 13,3 min ABŞ dolları) qalıb.

A.Akopyan vurğulayıb ki, "Mənim addımım" fondunda işini davam etdirmək istərdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
baku.ws

1Sources