Hollivud ulduzu Cim Kerri Fransanın nüfuzlu "Sezar" kino mükafatına layiq görülüb.
BAKU.WS xəbər verir ki, o mükafatı fransız dilində çıxış edərək qəbul edib və zalda alqışlarla qarşılanıb.
"Fransızcam necə idi? Demək olar ki, orta səviyyəyə yaxın, elə deyil?" - deyə 64 yaşlı Kerri bildirib.
O, həmçinin təxminən 300 il əvvəl yaşamış fransız qohumunun olduğunu xatırladıb.
Xatırladaq ki, Kerrinin karyerası stand-up komediyası ilə başlayıb, 1990-cı illərdə isə "Səfehlər və səfehlər", "Maska" və "Eys Ventura: Ev heyvanları detektivi" filmləri ilə böyük populyarlıq qazanıb.
O, daha dramatik rollara üstünlük verib və "Trumen Şousu" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.