EN

Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı



Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib.

aia.az Reporta istinadən xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində müəssisədə fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdlü Davidov Ceyhun Zakir oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Coşğun Ruşan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Chosen
2
43
aia.az

10Sources