Qeyd olunur ki, Elmina Ağayeva saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Onun azad edilməsində Nyu-York meri Zöhran Məmdani rol oynayıb. Belə ki, mer tələbənin saxlanılmasından bir neçə saat sonra Vaşinqtonda Prezident Donald Trampla görüşü zamanı Ağayevanın azad edilməsini xahiş edib. Məmdani prezidentə və onun aparat rəhbərinə Nyu-Yorkda saxlanılmış daha dörd tələbənin siyahısını da təqdim edərək işlərinə xitam verilməsini istəyib. Daha sonra baş tutan telefon danışığında Tramp Ağayevanın “yaxın zamanda” azad ediləcəyini deyib. Elmina Ağayevanın sərbəst buraxılma xəbərini universitet rəhbərliyi təsdiqləyib. Bildirək ki, Azərbaycan vətəndaşı E.Ağayeva Kolumbiya Universitetinində Neyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır. O sonuncu kurs tələbəsidir. Həmçinin, Ağayeva sosial şəbəkədə populyardır. Onun hansı səbəbdən saxlanılması isə açıqlanmayıb.