Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
ÇL-in reqlamentinə əsasən, hər komandanın 2 potensial rəqibi var. "Qarabağ"ı "pley-off"da mübarizədən kənarlaşdıran "Nyukasl" ya "Çelsi", ya da "Barselona"ya rəqib olacaq.
Potensial cütlər aşağıdakı kimidir:
“Arsenal” - “Atalanta”/"Bayer”
“Liverpul” - “Qalatasaray”/“Atletiko”
“Bavariya” - “Bayer”/“Atalanta”
“Tottenhem” - “Qalatasaray”/ "Atletiko”
“Barselona” - “Nyukasl” / PSJ
“Çelsi” - PSJ / "Nyukasl”
“Sportinq” - “Real” / "Bodo-Qlimt”
“Mançester Siti” - “Real” / "Bodo-Qlimt”
“Nyukasl” - “Çelsi”/ “Barselona”
“Atletiko” - “Liverpul”/ "Tottenhem”
“Bodo-Qlimt” - “Mançester Siti”/"Sportinq”
“Atalanta” - “Arsenal”/"Bavariya”
“Real” - “Mançester Siti”ə/Sportinq”
“Qalatasaray” - “Liverpul”/“Tottenhem”
PSJ - “Barselona"/Çelsi”
“Bayer” - “Bavariya” / "Arsenal”
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.