EN

KİV: Akopyan Paşinyandan buna görə ayrılıb –İnanılmaz səbəb

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan vətəndaş nikahı münasibətlərinin sona çatdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Akopyan Paşinyanla birlikdə yaşadığı malikanəni tərk etdiyini söyləyib.

Onun sözlərinə görə, artıq fevralın 25-dən baş nazirin malikanəsindən çıxıb:

"Mənim evim yoxdur, kreditlə aldığım mənzilimdə təmir işləri gedir. Buna görə də kirayəyə köçəcəyəm. Milyonçu deyiləm, lakin yaşamaq üçün hesabımda kifayət qədər pulum var. Maşınım da yoxdur, ona görə məni tez-tez piyada gəzərkən görəcəksiz. Dövlət tərəfindən də qorunmayacaq.

"Mənim Addımım" Fondunun icraçı direktoru olaraq qalmaq istərdim, çünki bu, ödənişli bir işdir və mənə lazımdır, amma bu qərarı təkbaşına verə bilmərəm. Ayrılmağımla bağlı məsələ müzakirə mövzusu deyil, danışılmasını istəmirəm". 

Akopyan rəhbərlik etdiyi fondda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin başlatdığı araşdırmalar çərçivəsində özünün icraçı direktor kimi məsuliyyətə cəlb oluna biləcəyini istisna etməyib. O, özünə bahalı hədiyyə və daş-qaş verildiyini, lakin bunları dövlətə təslim etdiyini söyləyib.

Ermənistan KİV isə iddia edir ki, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində A.Akopyan həbs edilə bilər. Bu isə seçkidə baş nazirliyə əsas namizəd Nikol Paşinyanın nüfuzuna zərbə olar. Akopyanın Paşinyanı məhz bu cinayət işindən kənarda saxlamaq üçün ayrılıq qərarı verdiyi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources