EN

Seçmə mərhələ: Azərbaycan basketbol millisi bu gün İrlandiya ilə qarşılaşacaq

Bakı, 27 fevral, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olacaq.

Dublindəki "Milli Basketbol Arenası”nda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub. Aktivində 2 xalı olan yığmamız sonuncu - dördüncü pillədə yer alıb.

Chosen
3
1
azertag.az

2Sources