EN

Zahid Oruc: 2025-ci ildə Ombudsmana 42 mindən çox müraciət daxil olub

Bakı, 27 fevral, AZƏRTAC

Ombudsmanın 2025-ci il üzrə illik məruzəsində mühüm yeniliklər var. Konstitusiya və beynəlxalq müqavilələrə uyğun olaraq pozulan hüquqların bərpası, pozuntuların qarşısının alınması yönündə məlumatlara nəzər saldıqda Ombudsmana müraciətlərin statistikası və dinamikası mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin fevralın 27-də keçirilən iclasında deyib.

O bildirib ki, 2025-ci hesabat ilində 42,685 müraciət daxil olub. Bu, Ombudsmanın ünvanına 29 371 müraciətin daxil olduğu 2024-cü illə müqayisədə 13,314 müraciət çoxdur. “916” çağrı mərkəzinə 14,718 zəng daxil olub və hüquqi məsləhətlər verilib.

“Bütövlükdə son 15 ildə Ombudsmana müraciətlərin statistikası və dinamikası maraqlı dinamika nümayiş etdirir. Təqdim edilən hesabatda müraciətlərin artım sayındakı çoxalan fərq (13, 314), 2011-2015-ci illərdə edilən müraciətlərin cəmi illik sayı qədərdir”, - deyə komitə sədri vurğulayıb.

Chosen
10
1
azertag.az

2Sources