EN

Millimiz İrlandiyaya qarşı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.

Qarşılaşma "National Basketball Arena"da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Chosen
7
cebheinfo.az

1Sources