EN

25 gündür övladımı aparıb və mənə göstərmir

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bloger Aysel Şükürova və keçmiş həyat yoldaşı Oqtay Əhmədov arasında qalmaqal bitmək bilmir. 

Axşam.az xəbər verir ki, Oqtay Ayselin onu məhkəməyə verib, aliment ödəməməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, övladını uzun müddətdir görə bilmir:

"Boşandıqdan sonra hər iki övladım mənimlə qalırdı və onların bütün məsuliyyəti mənim üzərimdə idi. Gecə yuxusuz qalan, həkim qapılarında gözləyən də, dörd-beş ildir uşaqlarımın qayğısını çəkən, sağlamlığı, gündəlik ehtiyacları ilə məşğul olan mən olmuşam. Üst-üstə hesablayanda ayda ən çox 4-5 gün analarının yanında olublar. Qalan bütün vaxtı mən baxmışam, böyütmüşəm, əziyyətini çəkmişəm. Bu gün həmin insan məndən aliment tələb edir. Alimentdən qaçan insan deyiləm. Əgər məhkəmə qərar çıxaracaqsa, qanun nə deyirsə ona da əməl edəcəyəm. Cəza varsa çəkəcəyəm, öhdəlik varsa yerinə yetirəcəyəm. Qanundan qaçmıram. Çünki bilirəm ki, hər işin bir sonu var və o son məhkəmə zalında qoyulur.

Amma heç kim mənim uşağımı məndən gizlədə bilməz. Heç kim bir atanın övladını görmək haqqını əlindən ala bilməz. Bu beş il ərzində mən uşaqlarımla sosial şou etməmişəm. Boş-boşuna şəkil çəkdirib paylaşmamışam ki, "baxın necə atayam". Uşaqlarımın sağlamlığını, gələcəyini düşünən bir insanam. Xüsusilə Onurun sağlamlığı ilə bağlı vəziyyəti hər kəs bilir. Çətinlik çəkdiyi üçün uzun müddətdir həkim nəzarətindədir. Müntəzəm olaraq müayinələrə aparılır, dərmanlarını vaxtında qəbul edir, psixoloq dəstəyi alır. Onun gündəlik rejimi, müalicəsi və inkişafı daim mənim nəzarətimdə olub. Fevralın 2-də Onurun anası mənim anamdan xahiş edərək uşağı "bir saatlıq" həkimə aparmaq adı ilə götürüb. Bildirib ki, Rusiyadan həkim gəlib, uşağı göstərib geri qaytaracaq. Lakin uşağı apardıqdan sonra səs yazısı göndərərək təhqir və təhdidlər edib və uşağı geri qaytarmayacağını bildirib".

Oqtay deyib ki, fevralın 2-dən uşağını həkimə apara bilmir:

"O, gündən etibarən mən övladımı görə bilmirəm. Nə həkimə apara bilirəm, nə müalicəsinə nəzarət edə bilirəm. Bu isə bir valideyn kimi mənim üçün ən ağır məsələdir. Çünki burada söhbət uşağın sağlamlığından gedir. Adlanın saf psixologiyası mənə qarşı doldurulur. Necə ki, vaxtilə digər övladı Uğuru atası Elşənə soyutmağa çalışırdılar, indi eyni şeyi mənə qarşı edirlər. İcra qurumunun qərarı var ki, uşaqlar atası ilə görüşməlidir. Buna baxmayaraq, uşaqları məndən gizlədirlər. İcra məmuru ilə ünvana getmişik, qapılar açılmayıb. Qaçıb gizlənmək çıxış yolu deyil. Uşaqlar mənə qarşı öyrədilir, psixoloji təsir altında saxlanılır. Mən heç vaxt analıq hissinə qarşı çıxmamışam. Əksinə, demişəm ki, uşağı həkimə aparmaq istəyirsə, problem deyil aparsın və geri gətirsin. Amma bir valideyn kimi mənim də hüququm və məsuliyyətim var.Bu məsələ şəxsi münaqişə deyil. Bu, uşağın sağlamlığı və psixoloji vəziyyəti ilə bağlıdır. Mən sadəcə övladımın yanında olmaq, onun müalicəsini davam etdirmək və ata kimi borcumu yerinə yetirmək istəyirəm".

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Onlar bir müddət əvvəl rəsmi boşanıblar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
axsam.az

1Sources