EN

Tiranada 3 medal

Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start verilib.
Reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb və onların 3-ü fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabıyla məğlub olsa da, hindistanlı Akşay Tanaci Dheredən güclü (9:2) olaraq bürünc medalı boynundan asıb.
Rəşid Babazadə (65 kq) yarımfinalda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla qarşılaşıb. Əzmkarlıq nümayiş etdirən Rəşid son saniyədə 4 xallıq fəndi icra edərək yekunda 18:15 hesablı qələbəylə finala vəsiqə qazanıb. Babazadə finalda hindistanlı Sucet Sucetlə qarşılaşıb. U23 dünya çempionatının son qalibiylə bacarmayan (0:10) Rəşid turniri gümüş medalla başa vurub.
Kənan Heybətov (74 kq) 1/8 finalda qırğız Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.
Arseniy Djioyev (86 kq) yarımfinalda İbragim Kadiyevə 2:3 hesabıyla məğlub olub. Arseniy amerikalı 2 qat Olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək bürünc medala sahib çıxıb.

Qabil YUSİFOĞLU 
XQ

Chosen
20
6
xalqqazeti.az

7Sources