Bu gün səhər saatlarında İranın Kirmanşah əyalətinin Qəsr-Şirin bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı xəbər verir.
Məlumata görə, 07:31-də meydana gələn zəlzələnin ocağı 11 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.