EN

Mülkə görə saçyolduya çıxan qadının meyiti tapıldı TƏFƏRRÜAT

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Masallı rayonunda iki qadın arasında mülk üstündə yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 19-də rayonun kəndlərindən birində baş verib. Ləman həmin gün saat 17 radələrində qardaşı arvadı Elmira ilə  (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində mübahisə edib. Elmira ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və daşla bir neçə dəfə vurub. Ləmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İbtidai icraat zamanı ifadə verən təqsirləndirilən şəxs Ləman bildirib ki, Elmira onun mərhum qardaşı Əkbərin arvadı olub: “Ləmanla aramızda ev və torpaqla bağlı məhkəmə mübahisələrimiz var. İyulun 19-da, saat 17 radələrində mübahisəli həyətyanı sahənin yaxınlığında olarkən Ləmanla aramızda sözlə mübahisə yarandı. Daha sonra isə dalaşmağa başladıq. Biz əlbəyaxa dalaşan zaman qarşılıqlı olaraq bir-birimizin saçından tutduq, bədənlərimizin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurduq. Sonra oraya Elmiranın qardaşı Təhməz və arvadı Ülkər gəldi, bizi ayırdılar”. Zərərçəkmiş Elmiranın sözlərinə görə, təqsirləndirilən Ləman onun baldızıdır. Onunla münasibətləri əvvəllər yaxşı olsa da, təxminən 1 ildir ki, aralarında mübahisə və münaqişə var: “Mənim ərim Əkbər 2019-cu ildə vəfat etdikdən sonra ona məxsus olan fərdi yaşayış evində azyaşlı qızım ilə birlikdə yaşamışam. Ləman əvvəllər Bakı şəhərində yaşasa da, təxminən 1 ildir ki, kəndə gələrək atası Telmanın evində yaşadı. Kəndə gəldikdə sonra mərhum ərimə məxsus olan, hazırda yaşadığım evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək həmin evdən məni çıxarmaq istədi. Bu səbəbdən dəfələrlə aramızda mübahisə oldu. Evin yerləşdi torpaq sahəsi Ləmana aid olsa da, həmin evi mərhum ərim tikib. Həmin torpaq sahəsi üçün Ləmana ödəniş etməyi təklif etsəm də, həmin torpağı satmayacağını bildirdi. Bununla bağlı aramızda məhkəmə mübahisəsi var”. Elmira qeyd edib ki, 2025-ci ilin iyulun 19-da, saat 17 radələrində həmin evin həyətində oturan zaman Ləman ona yaxınlaşaraq həyətindən çıxmağını tələb edib:“Mən apellyasiya məhkəməsinin qərarı verilənədək həmin evdə qalacağımı bildirən zaman Ləman anidən əlindəki daşla başımın sol və sağ tərəfinə, burun nahiyəmə bir neçə dəfə vurdu. Mən özümü itirərək yerə yıxıldım. Həmin vaxt Ləman təpiklə sağ qoluma vurdu. Mənim saçımdan tutaraq yerdə sürümək istədi. Bu zaman sağ dirsək nahiyəm yerdə olan daş parçalarına dəydi. Daha sonra əli ilə dodaq və boyun nahiyəmə yumruqla vurdu. Həmin nahiyələrimi cırmağa başladı. Həmin vaxt Ləmandan qorunmaq üçün əlim ilə ona müqavimət göstərdim. Biz yerdə əlbəyaxa savaşan zaman qardaşım və arvadı oraya gələrək bizi ayırdılar”.Həmçinin oxu:

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir

Qiyabi təhsil alan oğlanlara şad xəbərElmira ifadəsində göstərib ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs özünü asaraq ölüb. O, deyib ki, hazırda iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur: “Lakin, hadisə nəticəsində mənə maddi və mənəvi ziyan dəyib. Ona gərə də məhkəmədən mülki iddiamın təmin edilməsini istəyirəm”.Masallı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs öldüyündən onun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilib. Zərərçəkmişin mülki iddiası baxılmamış saxlanılıb.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
demokrat.az

1Sources