EN

Pəhləvi İranda hakimiyyətin başına keçməyə hazır olduğunu bəyan etdi

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ-nin İranın nüvə obyektləri və infrastrukturuna hücumu rejimi zəiflədə və xalq üsyanı üçün yeni imkan yarada bilər”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi “ABC News”a deyib.

“Bu məsələ İranda davam edən etirazların başlanğıcından etibarən bir çox etirazçının tələbidir”, - o qeyd edib.

Rza Pəhləvi vurğulayıb ki, belə bir addım İran xalqının həyatını qorumaq məqsədilə “humanitar müdaxilə” ola bilər:

“Etirazçılar küçələrdə cəsarət göstərsələr də, öz xalqına qarşı müharibə aparan rejimin sərt repressiyası ilə üzləşiblər”.

Şahın oğlu müsahibə zamanı dinin dövlətdən ayrılması prinsipini önə çəkərək, həmişə dünyəvi demokratiya, insan hüquqları və İranın gələcək siyasi sisteminin müəyyən edilməsi üçün referendumun keçirilməsini dəstəklədiyini bildirib.

“Mövcud rejim devriləcəyi halda demokratik keçid prosesinə dəstək vermək üçün fəaliyyətə hazırdır”, - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
sherg.az

2Sources