Unutmamalıyıq ki, yazdığımız hər cümlə, paylaşdığımız hər məlumat minlərlə insana çatır və düşüncələrə təsir edir. Xüsusilə gənclər sosial mediada gördüklərindən təsirlənir, oradakı davranış modellərini örnək götürürlər. Buna görə hər birimiz rəqəmsal məkanda məsuliyyətli və nümunəvi davranmalıyıq.
Sosial medianı vaxt itkisinə deyil, inkişaf vasitəsinə çevirin. Bilik paylaşın, bacarıqlarınızı nümayiş etdirin, faydalı təşəbbüsləri dəstəkləyin. İnformasiya yayarkən mənbəni araşdırın, emosiyaya qapılmadan düşünərək mövqe bildirin. Mədəniyyətli ünsiyyət və sağlam tənqid cəmiyyətin inkişafına xidmət edir.
Gəlin sosial medianı sağlam istiqamətə yönləndək. Nifrət və qarşıdurma dili əvəzinə hörmət və dialoq mühiti formalaşdıraq. Bu platformanı milli-mənəvi dəyərlərimizin təbliği, gənclərimizin maarifləndirilməsi və ölkəmizin inkişafı üçün təsirli vasitəyə çevirək.
Rəqəmsal məkan da vətəndaş məsuliyyəti tələb edir. Güclü dövlət və güclü cəmiyyət məhz məsuliyyətli fərdlərlə qurulur. Sosial medianın istiqamətini müəyyən edən bizik - seçim də, məsuliyyət də bizimdir. Bu gücü doğru istiqamətə yönəldək, sözümüzlə nümunə olaq və rəqəmsal məkanda da milli birliyimizi, dəyərlərimizi və gələcəyimizi qoruyaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31